Dərc edildi: Baxış sayı: 642
Şair Məmmədhüseyn - A yaza könül
Yenə yada düşdü əhdü-peymanım,
Vəsfini sinəmə a yaza könül.
İstər idim sənlə ömür-gün görəm,
Aldı çovğun, düşdü ayaza könül.
İş əyildi əldən çıxdı Güləndam,
Bir şirindil, lalə yanaq gül əndam.
Zaman vardı sevinən dəm, gülən dəm,
Həsrətdi bahara, a yaza könül.
Fələk salıb üzən gəmim çəngələ,
Məmmədhüseyn, ha yapış, ha cəng elə.
Qəsdi buymuş duman gələ, çən gələ,
Eşqin dəryasında ay, aza könül.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət