Dərc edildi: Baxış sayı: 591
Şair Bəşir - Səhər ertə
Axşamdan nə yesən, xub keçər gedər,
Qonağın qaydına qal səhər ertə.
Qonaqlar qanandı, güzaran edər,
Olsa qaymağınan bal səhər ertə.
Olsa bizim kimi tələsik qonaq,
Tez ver naharını, üzün olsun ağ.
Bir az pendirinən, bir az kərə yağ,
Qənddən istəkana sal səhər ertə.
Bəşirəm, doymaram mən ləzzətindən,
Kor Söyün yeznənin bu hörmətindən.
Düyü pilovundan, çolpa ətindən
Gətirginən dalbadal səhər ertə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət