Dərc edildi: Baxış sayı: 566
Şair Bəşir - Qadan alım
Əziz bəradərim, gəl otur rahat,
“Bəxtin yatdı, sən də yat”, qadan alım.
Gecə qaranlıqda olan nadamət,
Cəhd elə, mənzilə çat, qadan alım.
Çətindi gədikdən, dağdan aşmağı,
Ola bu saqqalın əba-başmağı.
Qurbanın yerişi, malın qaçmağı
Eləyibdi məni mat, qadan alım.
Bəşirəm, hər yana göndərrəm çapar,
Harda olsa, onu axtarar, tapar.
On dörd maldan dördü qalıb, yığ apar,
Tez qayıt, Gəncədə sat, qadan alım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət