Dərc edildi: Baxış sayı: 758
Şair Aydın - Endi
İki dağın arasından,
Gördüm bir cüt maral еndi.
Biri eşqin həvəsindən,
Biri yardan yaral еndi.
Xına yaхıb əllərinə,
Şana çəkib tellərinə,
Gümüş kəmər bellərinə,
Heyif bizdən aral еndi.
Əsmə badi-səba, əsmə,
Yar meylini bizdən kəsmə,
Biri Dursun, biri Məsmə,
Aydın deyər, bunlar еndi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət