Dərc edildi: Baxış sayı: 1458
Saib Təbrizi - Tutulmuş könlümü cam ilə şadan əyləmək olmaz
Tutulmuş könlümü cam ilə şadan əyləmək olmaz,
Ə1 ilen püstənin ağzını xəndan eyləmək olmaz.
Nə sözdür bu ki, olsun sahibnəzər zühhad,
Qara torpağı hərgiz abi-heyvan eyləmək olmaz.
Bulut qılan kimi cövlan urar da ildırim tiği,
Könül pərdələrində eşqi pünhan eyləmək olmaz.
Qılınc gər içsə aləm qanının sirablıq bilməz,
Səni üşşaq qətlindən peşiman eyləmək olmaz.
Mənim göz yaşımı çıxgil fələklərdən tamaşa qıl,
Hübabi qəsrlər içində tufan eyləmək olmaz.
Məni-Məcnuni aqil eyləmək mümkün deyil, naseh,
Söz ilən müşgi-nabi, qan ki, bir qan eyləmək olmaz.
Xətadan keçdi ceyran qamnı müşk eylədi Saib,
Demə, üsyanı taət, küfri iman eyləmək olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət