Saib Təbrizi - Olmadı xurşididən dağlarda rəngin qaşlar
Olmadı xürşididǝn dağlarda rǝngin qaşlar,
Gördilǝr lǝli-lǝbin qan tǝrlǝdilǝr daşlar.
Qıldı peyda hökmi-tǝqvimi-kühǝn gül dǝftǝri,
Açdılar ta çöhrei-dildarımı nǝqqaşlar.
Qılmadılar sinei-ǝfkarımı amacgah,
Əksük etdilǝr bizimlǝn ol müqǝvvǝs qaşlar.
Aşiqi-sadiq bilir sǝngi-mǝlamǝt qǝdrini,
Mǝxzǝni-sultana layiqdir bu yarar daşlar.
Günü dündǝn el dedim tǝrk etmǝsün yoldaşlığı,
Çün qara oldu günüm, yad oldular qardaşlar.
Yol ǝgǝr hǝqdir, çǝkǝr yolsuzdan axır intiqam,
Elǝ tapşır, çıxdılar yoldan ǝgǝr yoldaşlar.
Oldu mǝğlubi-hǝvai-nǝfsi-istilai-ǝql,
Aldılar hakim ǝlindǝn ixtiyar ovbaşlar.
Çün könül binur olub mütlǝq ǝnan alur hǝvǝs,
Qaş qaralanda çıqarlar yuvadan xǝffaşlar.
Mehriban olmaz nǝsimi-sübhdǝm hǝrgiz sǝnǝ,
Şǝme tǝk ta tökmǝsǝm Saib, gözündǝn yaşlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət