Slimfit
  1. DÜNYA

Şahzadə Diananın ipək paltarı hərracda 202 min dollara satılıb

Şahzadə Diananın ipək paltarı hərracda 202 min dollara satılıb
Sakura

Şahzadə Diananın (1961-1997) 1994-cü ildə 200 funt-sterlinqə (255 dollar) aldığı fil dişi rəngli ipək…

Şahzadə Diananın (1961-1997) 1994-cü ildə 200 funt-sterlinqə (255 dollar) aldığı fil dişi rəngli ipək paltarı Londonun “Kerry Taylor” hərracında 161 min funt-sterlinqə (202 min dollar) satılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, paltarı ABŞ-ın muzeylərindən biri alıb. Diana modelyer Devid Emanuel tərəfindən hazırlanan paltarı 1986-cı ildə Bəhreyndə keçirilmiş kral tədbirində geyinib, səkkiz il sonra isə onu xeyriyyə təşkilatına bağışlayıb.

Böyük Britaniyanın hazırkı kraliçası II Elizabet - Elizabet Aleksandra Mariyanın sevimli kuklası kolleksiyaçılar üçün daha bir maraqlı lot olub. 1935-ci ildə “Chad Valley toys” kompaniyasının fabrikində istehsal olunan 35,5 santimetr hündürlüyə malik mavi gözlü kukla 3,1 min funt-sterlinqə (3,9 min dollar) alıcı tapıb.

Elizabet və bacısı Marqaret böyüdükdən sonra oyuncaq onların dayəsi Klara Nayta qalıb, o da gəlinciyi Şərqi Sasseks qraflığında yaşayan qohumlarına göndərib. Sonradan dayənin ailəsi kuklanı satışa çıxarıb və o, şəxsi kolleksiyaya düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR