Şahmatçımız Hindistanda dünya çempionu oldu
O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb. Qarşılaşmaların 4-ü isə bərabər bitib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.
Həmyerlimiz Aydın Süleymanlı hamını qabaqlayaraq birinciliyə yüksəlib.
O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb. Qarşılaşmaların 4-ü isə bərabər bitib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.
Azərbaycanın şahmat ulduzu Şəhriyar Məmmədyarov bu uğuruna görə Aydın Süleymanlını təbrik edib. "Əsl ağsaqqal şahmatı göstərərək bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm", - deyə "Şah" təbrikində bildirib.
Qeyd edək ki, sonuncu dəfə Dünya Çempionatı kuboku Azərbaycan tərəfindən 2015-ci ildə qazanılıb. Yeni çempion Aydın Süleymanlı bu ay başlayacaq olan 16 yaşlılar arasında Olimpiya Çempionatında iştirak edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət