Dərc edildi: Baxış sayı: 313
Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.
Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.
Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət