Dərc edildi: Baxış sayı: 414
Şahmatçılarımız Türkiyədə keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Sentyabrın 4-dən 15-dək Türkiyənin Qəbzə şəhərində yaşı 20-dək oğlan və qızlar – yuniorlar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.
AZƏRTAC turnirin rəsmi saytına istinadla xəbər verir ki, yarışlarda 65 ölkədən 260-dan çox şahmatçı iştirak edəcək. Hazırda iştirakçıların siyahısında Azərbaycanın 10 şahmatçısı qeydə alınıb. Maqomed Muradlı, Nail Bəşirli, Xəzər Babazadə, Ülvi Sadıqov, Vüqar Əsədli, Məhəmməd İsmayılov, Kənan Qarayev, Aytac Heydərova, Aydan Höcətova və Gövhər Beydullayeva qalib yerlər uğrunda mübarizə aparacaqlar.
Yarışlar İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət