Şahmar Mövsümov: "İnsanlar ictimai işlərə yox, 190 manatlıq yardıma üstünlük verirlər"
“Aktiv VÖEN məsələsi çox geniş müzakirə olunub. Burada 190 manatın kimlərə verilməsinə dair çox konkret və şəffaf qaydalar müəyyən edilmişdi”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
O qeyd edib ki, həmin qaydalara müvafiq olaraq, kimin 190 manatlıq birdəfəlik yardım almasına hüququnun olub-olmadığı müəyyənləşin: “Bu proses artıq keçib. Amma burada bir şeyə toxunmaq istərdim ki, 190 manatlıq birdəfəlik yardımdan başqa, eyni zamanda bizim tədbirlər planımızda xüsusilə ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulmuşdu və bunun üçün xüsusi vəsait ayrılmışdı. Yəni ictimai işlərə cəlb olunmaq istəyən vətəndaşlar üçün bu günədək 20 minə qədər iş yeri açılıb. Bu işlərdə çalışmaq üçün müraciət etmək və 190 manatdan da çox əmək haqqı əldə etmək mümkündür. Təəssüf ki, insanlar müraciət etmirlər, ictimai işlərə cəlb olunmaqdansa, 190 manatlıq birdəfəlik yardıma üstünlük verirlər. Ona görə də kimlərsə gəlir yerlərindən məhrum olubsa, onların həmin ictimai iş yerlərinə cəlb olunmağa çağırıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu şərait yaradılıb və hazırda 20 mindən çox iş yeri hələ də boşdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət