Slimfit
  1. AZƏRBAYCAN

Şahin Mustafayev: “Sankt-Peterburq iqtisadi forumunda iştirakımız ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib addımdır'

Şahin Mustafayev: “Sankt-Peterburq iqtisadi forumunda iştirakımız ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib addımdır'
Sakura

Şahin Mustafayev: “Sankt-Peterburq iqtisadi forumunda iştirakımız ikitərəfli əməkdaşlığın genişləndirilməsi…

“Azərbaycanın Rusiya ilə həm siyasi, həm də iqtisadi əlaqələri uğurla inkişaf edir. Rusiya Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşıdır”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində bildirib. 

“2018-ci ildə biz iqtisadi sahədə uğurlu nəticələr əldə etmişik. Rusiya ilə ticarət dövriyyəmiz 19% artaraq 2,5 milyard ABŞ dollarını çatıb. 2019-cu ilin göstəriciləri də uğurludur. İlin I rübünün nəticələrinə görə, ticarət dövriyyəmiz 23% artıb”, - deyə nazir qeyd edib.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya ilə investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir, iki ölkə birgə layihələr reallaşdırır: “Azərmaş” şirkəti ilə Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ) şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb, Hacıqabul Sənayə Məhəlləsində QAZ markalı avtomobillər istehsal edəcək zavodun təməli qoyulub. Bu yaxınlarda isə Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun ilk mərhələsinin tikintisini başa çatdırdıq.

Maliyyə sektorunda da əməkdaşlığımız uğurludur. Rusiyanın “Qazprombank”ının maliyyəsi ilə Sumqayıtda “SOCAR Polymer” zavodunun tikintisi başa çatıb. Bu çox uğurlu bir layihədir. Əməkdaşlığımız davam edir. “Qazprombank” həmçinin “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir. Bir sözlə, Azərbaycan-Rusiya iqtisadi əlaqələri uğurludur və Peterburqdakı forumda Azərbaycan geniş tərkibdə iştirak edir. Bir sıra planlarımız var. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Roscongres”s arasında əməkdaşlıq haqqda saziş imzalanıb. “Roscongress” tədbirin təşkilatçılarından biridir.

Hazırda Azərbaycan Rusiyanın 80 regionu ilə əməkdaşlıq edir və bu formata ölkə rəhbərləri siyasi dəstək verir. Həmçinin sabah Azərbaycan nümayəndə heyətinin və iş adamlarının iştirakı ilə görüş təşkil olunacaq. Sahibkarların əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. Rusiya hökümətinin üzvləri ilə mənim görüşlərim olacaq və biz ölkələrimiz arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Bir sözlə, Azərbaycan nümayəndə heyətinin Peterburq iqtisadi forumunda iştirakı çox vacib hadisədir və əminik ki, bu ölkələrimiz arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib addımdır”, - deyə nazir qeyd edib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR