Şahin Mustafayev: "Qiymətlərin tənzimlənməsində dəyişiklik yoxdur"
"Tarif Şurası ləğv edilməyib. Sadəcə ölkə Prezidentinin müvafiq sərəncamı ilə Şuranın katibliyində müəyyən dəyişikliklər ediləcək. Amma bu, o demək deyil ki, tariflər tənzimlənməyəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, bundan sonra da bəzi əmtəə və xidmətlərin, o cümlədən dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək: "Bu qiymətlər Tarif Şurasının və İqtisadiyyat Nazirliyinin internet səhifəsində yerləşdirilir. Vətəndaşlar apteklərdən də həmin qiymətləri əldə edə bilərlər. Kiminsə hansısa şübhəsi varsa, dəqiqləşdirmə apara bilər. Bir daha bəyan edirəm ki, qiymətlərin tənzimlənməsində dəyişiklik yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət