Slimfit
  1. İQTİSADİYYAT

Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir

Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir
Sakura

Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir

Avqustun 14-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

Ens.az xəbər verir ki,Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi sahəsində Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə mübadiləsinin aparılması təklif edilib.

Həmçinin, Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və əlaqələrin perspektivləri müzakirə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR