Dərc edildi: Baxış sayı: 1433
Sahildə yeriyərkən təsadüfən dəyəri yarım milyon dollar olan “Ambergris” tapdı
Taylandda “Berly bar”ın sahibi olan 44 yaşlı barmen Boonyas Tala-upara sahildə tapdığı cismin dəyərli bir balina qusmağı ola biləcəyini bildirib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 10 kiloqram ağırlığında olan dəyərli ambergris tapdığına inanan Tala-upara mütəxəssislərdən bunun dəqiqləşməsi üçün kömək istəyib.
“Ambergris” adı ilə tanınan bu qusmaq çox dəyərli bir məhsuldur. “Üzən qızıl” olaraq da adlandırılan ambergris ətir sənayesində istifadə olunur. Bərbad qoxusu olan bu məhsula kimyəvi maddələr qarışdırıldıqda ortaya möhtəşəm qoxular çıxır. Bundan başqa bu qusmaq qoxuların qalıcı olmasını da təmin edir.
Barmen bu cismi ən az 500 min dollara sata biləcəyini ümid edir.
Ətir sənayesində istifadə olunan balina qusmağını tapan bir çox balıqçı zəngin olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət