Slimfit
  1. GÜNDƏM

Sahil Babayevə etiraz edən əlili işdən çıxardılar

Sahil Babayevə etiraz edən əlili işdən çıxardılar
Sakura

Sahil Babayevə etiraz edən əlili işdən çıxardılar

Sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə etiraz nitqi söyləyən ikinci qrup əlil Taleh Bəşirov işlədiyi tikinti şirkətindən xaric edilib. Taleh Bəşirov öz çıxışında ailəsini və körpə övladlarını az gəliri ilə çətinliklə dolandırdığını dilə gətirmişdi.

Gununsesi.org-un xəbərinə görə, bir qolu olmayan əlili işdən çıxaran şirkət rəhbərliyi buna səbəb kimi onun nazirin əleyhinə işlətdiyi tənqidi ifadələri göstərib.

Qeyd edək ki, Sahil Babayevin “evdə bir nəfər işləyən varsa, 190 manatı ala bilməyəcək” bəyanatı Taleh Bəşirovun etirazına səbəb olmuşdu.

Naziri sərt ifadələrlə ittiham edən əlil vətəndaşın çıxışını sosial şəbəkələrdə yüz minlərlə insan izləmişdi.

Taleh Bəşirov bildirib ki, bu çıxışından sonra şirkət onunla müqaviləyə xitam verib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR