Slimfit
  1. AZƏRBAYCAN

Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı mühüm açıqlama

Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı mühüm açıqlama
Sakura

Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı mühüm açıqlama

“Pandemiyanın və bərabərində gətirdiyi məhdudiyyətlərin iqtisadiyyata, məşğulluğa vurduğu mənfi zərərlərin aradan qaldırılması üçün silsilə tədbirlər görülüb”.  

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dörd istiqamət üzrə 10 tədbir nəzərdə tutulub, 1 milyon 900 min insanı əhatə edəcək:

“Sosial sahədə dayanaqlılığın qorunması üçün istifadə olunacaq vəsait 394 milyon manatdır, bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiəsi Fondundan, 91 milyonu İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək.

Bu gün dövlət büdcəsi ilə yanaşı, dövlət qurumlarının bütün ehtiyatları bu istiqamətlərə yönəlib. Dörd ana istiqamət var və bunun hər birinin arxasında müxtəlif kəsimdən olan insanlara dəstək verilməsi durur. 

910 min insan dövlət sektorunda əmək müqaviləsi ilə çalışan işçilərin hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Əsassız ixtisarlara yol verilmir, müyyən edilmiş kvota çərçivəsində həyati vacib obyektlərin, qurumların fəaliyyətinin davam etdirilməsi üçün minmal sayda işçi işə cəlb edilir. Onların gəlirlərinin təminatı davam edir”.

Nazir qeyd edib ki, 660 min insan əmək müqaviləsiz qeyri-dövlət sektorunda çalışır:

“Bu insanların qorunması üçün işə götürənlərlə iş aparıldı. 10 gündə əmək müqavilələrinin sayında artım oldu. İxtisarlar olmadı. Ləğv edilən əmək müqaviləsi üzrə işçəgötürənlə söhbət aparılır.

Bunun obyektiv və subyektiv səbəbdən olması müəyyənləşdirilir. O sahibkarlara dövlət dəstəyi göstəriləcək ki, işçilərin ixtisarını aparmasınlar. Bu günə olan 690 min qeyri-neft sketorunda çalışan insanları əhatə edə bildik”.

“Üçüncü istiqamət isə işsizlər və əmək müqaviləsi olmadan qeyri-formal sahədə işləyən və bu gün pandemiyaya görə işini itirən insanlar idi. İşsiz əhalinin müəyyən qədər uçotu mövcud idi.

100 mindən artıq şəxsin uçotu təmin edilmişdi. Yerdə qalan şəxslərin isə uçotu yox idi. Şikayət edənlərin böyüük əksəriyyəti əmək müqaviləsi olmadan çalışanlar idi. O insanların sosial təminatı yox idi. Prezidentin tapşırığı ilə bu şəxslərin təminatı üçün tədbirlər hazırlandı”, - deyə S.Babayev əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR