Sahil Babayev: “Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”
“Son beş ildə dörd milyondan çox vətəndaşı əhatə edən sosial layihə həyata keçirilib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gülüstan” sarayında keçirilən İnsan Resursları Zirvəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sosial, məşğulluq sahəsində böyük uğurlar əldə edilib:
“Sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqıda 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə artım baş verib.
Eyni zamanda, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə artım baş verib”.
O qeyd edib ki, sosial layihələr üçün dövlət büdcəsindən ayrılan yeddi milyard manata yaxın vəsait məşğulluq, sosial və əmək məsələlərinə yönəldilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət