Slimfit
  1. CƏMİYYƏT

Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb

Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb
Sakura

Sahil Babayev: Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb

2019-cu il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla iki dəfə artırılması, iki yeni növ təqaüdün təsis edilməsi və sair kimi tədbirlər dörd milyon 200 mindən çox vətəndaşın rifahına sosial dəstək verib.

Oxu.Az-ın məlumatına görə, bunu Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2003-cü illə müqayisədə, ümumi daxili məhsul 3,4 dəfədən, orta əməkhaqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb:

“Son 16 ildə Azərbaycanda 2,2 milyondan çox yeni iş yeri yaradılıb”.

S.Babayev DOST Agentliyinin fəaliyyəti barədə də danışıb:

“Beş ay ərzində DOST Mərkəzinə müraciət edənlərin sayı 40 mindən çox olub, sorğular nəticəsində isə DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyi müəyyən edilib. Bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılması, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılması planlaşdırılır”.

“İşsizin dostu” proqramı barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il altı dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub:

“Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirləri qeyd edən nazir bildirib ki, 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR