Dərc edildi: Baxış sayı: 254
Sahil Babayev: “Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir, Nazirliyin potensialı kifayət etmir”
“Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bunun üçün özəl tərəfdaşlarla əməkdaşlıq edilir:
“Bu il 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq”.
Nazir bildirib ki, sığınacaqlar sosial sifariş əsasında təyin edilir:
“Özəl əsaslarla fəaliyyət göstərən 3 böyük sığınacaq var. Müqavilələr imzalanıb, növbəti il daha bir sığınacaq istifadəyə veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət