Slimfit
  1. MARAQLI

“Sahibsiz Yüklər” mağazası

“Sahibsiz Yüklər” mağazası
Sakura

bir dollara cins şalvar…

Şübhəli ucuz brilyant, bir dollara cins şalvar… Bu, yuxu deyil, bu mallar Alabama ştatının kiçik bir şəhərindəki mağazada satılır. Bu mallar hava yollarında itən yüklərdir. Hər il hava yolları şirkətlərində 20 milyona qədər çamadan itir və onların çoxu tapılıb sahiblərinə qaytarılsa da, minlərlə yükün sahibi yüklərini axtarmır.

Dizayner paltarlarından tutmuş incilə qədər, hər gün bu mağazaya yeddi minə qədər yeni mal gətirilir. Bu, Alabama ştatının Skottsboro şəhərindəki xüsusi mağazaya gətirilən əşyalar Birləşmiş Ştatların hava yollarında itən və sahibləri tərəfindən axtarılmayan əşyalardır.

Baxmayaraq ki, aeroportlatda itən və sahibləri tapılmayan əşyaların üçdə iki hissəsi xeyriyyə təşkilatlarına göndərilir, bu mağazada həqiqətən də yaşxı mallar tapmaq olur. Mağazanın işçisi Brenda Kantrell: “Hava yollarında çox şey itir. İnsanlar yola çıxanda adətən çox şey götürür, əllərinə gələni çemodana basır.”

Brenda Kantrell bu, “Sahibi Tapılmayan Yüklər” mağazasında 20 ilə yaxındır işləyir və bu mallar içərisində qeyri-adi şeylərə də rast gəlindiyini deyir. “Əlil arabaları, çəliklər… İnsanlar təyyarəyə əlil arabası ilə girir və getdikləri yerə çatanda bu araba olmadan təyyarədən necə çıxırlar?”

“Sahibi Tapılmayan Yük Mərkəzi” 1970-ci illərdə Doyl və Sui Ovenslər tərəfində açılıb. O vaxtlar onlar bu şirkəti açmaq üçün bankdan 300 dollar kredit götürüb və bir avtobus şirkətindən itən malları almağa başlayıb. Bu gün isə bu mağazaya yerli sakinlərlə yanaşı turistlər də gəlir.

Arizonadan buraya dincəlməyə gələn Brayan da bu mağazada alış-veriş edir. “Mən ən uzaq məsafədən belə buraya gəlməyi tövsiyə edərdim.”

Teylor adlı digər müştər isə yaxınlıqda yaşayır. O, buraya həftədə azı üç dəfə gəlir. “Mənim qarderobumun demək olar ki, 75 faizi bu mağazadan alınıb. Bu gün də mən iki şalvar, uşaq paltarı və Havay köynəyi aldım.”

Brenda Kantrell nişan üzüyünü də buradan alıb. O, mağazanın zinət əşyaları olan hissəsinin çox maraqlı olduğunu deyir. “Burada kişi üzükləri daha çoxdur. Deyin, nəyə görə? Onlar bir yerə gedəndə nişan üzüklərini nəyə görə çıxarırlar?

Burada əşyalar itdikdən sonra tapıldıqlarına dair də hekayələr var.

 

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR