Slimfit
  1. İQTİSADİYYAT

Sahibkarların layihələrinə baxılacaq - Yeni müsabiqə

Sahibkarların layihələrinə baxılacaq - Yeni müsabiqə
Sakura

Sahibkarların layihələrinə baxılacaq - Yeni müsabiqə

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "PROAKTİV PR" şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.

"Kommersant.az" xəbər verir ki, layihənin əsas məqsədi ölkədə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən korporativ Sosial Məsıliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.

Müsabiqəyə layihə qəbulu 01.10.2018-15.11.2018-ci il tarixinədək davam edəcək. Qəbul olunan layihələr Komissiya üzvləri tərəfindən meyarlar əsasında anonim qiymətləndiriləcək. 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq.

Müsabiqədə iştirak şərtləri:

1. 2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə və (xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilir.

2. Layihənin həyata keçirildiyini təqsdiqedən foto, video materiallar və KİV məlumatlarının linki.

3. Layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat.

Komissiyanın tərkibi:

1. İqtisadiyyat Nazirliyi

2. Ekologiya və təbii sərvətlər Nazirliyi

3. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi

4. ASAN xidmət

5. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzi

6. Azərbaycan Respublikası Ailə Qadın və uşaq problemləri üzrə dövlət komitəsi

7. Gənclər Təşkilatları Milli Şurası

8. Təhsil Nazirliyi

9. Milli Məclisin İqtisadi siyasət, sənaye və Sahibkarlıq komitəsi

10. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası

11. Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

12. "PROAKTİV" şirkəti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR