Sahibkarlara xəbərdarlıq
Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunmaqdadır.
Qida Təhlükəsizliyi Agentliyindən Axar.az-a bildirilib ki, bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış, etiketləşdirilmiş pestisidlər və gübrələrin idxalına icazə verilir.
Agentlik xəbərdarlıq edərək vurğulayıb ki, qeydiyyatdan keçməmiş bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət