Slimfit
  1. İQTİSADİYYAT

Sahibkarlar tikintiyə dair islahatlar barədə məlumatlandırılıb

Sahibkarlar tikintiyə dair islahatlar barədə məlumatlandırılıb
Sakura

Sahibkarlar tikintiyə dair islahatlar barədə məlumatlandırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİKTM) AZƏRTAC-a bildirilib ki, mərkəzdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatlar tikinti şirkətlərinin nümayəndələri ilə müzakirə edilib. Müzakirələr zamanı qeyd edilib ki, yeni kompleks biznes islahatı tədbirlərinə uyğun olaraq biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın nəzdində yaradılan, əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun mütəmadi görüşləri təşkil olunur. Eyni zamanda, aidiyyəti qurumların təlimləri həyata keçirilir.

Diqqətə çatdırılıb ki, yeni qaydalara əsasən, tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.

Tikinti sahəsində həyata keçirilən islahatların “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” üzrə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edərək biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR