Slimfit
  1. SİYASƏT

Sahibə Qafarova Fuad Oqtayla görüşdü

Sahibə Qafarova Fuad Oqtayla görüşdü
Sakura

Sahibə Qafarova Fuad Oqtayla görüşdü

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuad Oqtayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Azərbaycana səfərindən razılıqla danışan TBMM-in xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratını bölüşüb. O bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.

Fuad Oqtay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.

Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR