Slimfit
  1. SİYASƏT

Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır

Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır
Sakura

Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır

Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:

“Mənfi tendensiyaları geri qaytarmağın, dünyada sülhə, əmin-amanlığa nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır”.

S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmasıdır:

“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR