Slimfit
  1. CƏMİYYƏT

Şahdağa qar, regionlara yağış yağıb

Şahdağa qar, regionlara yağış yağıb
Sakura

Şahdağa qar, regionlara yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ens.az xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Report"a bildirib ki, avqustun 23-ü səhərədək  bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, Xınalıqda sulu qar, Şahdağda qar yağıb.

Düşən yağışın miqdarı Şinçayda (Şəki) 108 mm, Qəbələdə 87 mm (aylıq normanın125%-i), Kişçayda (Şəki) 77 m (aylıq normanın 138%-i), Qaxbaşda (Qax) 72 mm, Şəkidə 69 mm (aylıq normanın 123%-i), Oğuzda 63 mm (aylıq normanın 109%-i), Sarıbaşda (Qax) 61 mm (aylıq normanın 52%-i), Balakəndə 52 mm (aylıq normanın 70%-i), İsmayıllıda 49 mm (aylıq normanın 49%-i), Başdaşağılda (Şəki) 38 mm, Astarada 35 mm (aylıq normanın 42%-i), Göygöldə 30 mm (aylıq normanın 57%-i), Zaqatalada 29 mm (aylıq normanın 39%-i), Xaltanda 29 mm (aylıq normanın 54%-i), Qrızda 28 mm (aylıq normanın 52%-i), Daşkəsəndə 25 mm (aylıq normanın 59%-i), Şamaxıda 24 mm (aylıq normanın 95%-i), Çeyrançöldə 22 mm (aylıq normanın 89%-i),  Qudyalçayda (Qrız) 21 mm (aylıq normanın 39%-i), Gədəbəydə 20 mm (aylıq normanın 37%-i), Naftalanda 20 mm, Bərdədə 19 mm (aylıq normanın 91%-i), Gəncədə 18 mm (aylıq normanın 95%-i), Tərtərdə 17 mm (aylıq normanın 81%-i), Mərəzədə17 mm (aylıq normanın 98%-i), Yardımlıda 17 mm (aylıq normanın 40%-i), Mingəçevirdə 16 mm (aylıq normanın 77%-i), Sabirabadda 15 mm (aylıq normanın 177%-i), Altıağacda 15 mm (aylıq normanın 57%-i), Ağdamda 14 mm (aylıq normanın 54%-i), Ağstafada 12 mm (aylıq normanın 49%-i), Şəmkirdə 12 mm (aylıq normanın 45%-i), Biləsuvarda 12 mm (aylıq normanın 118%-i), Göyçayda 11 mm (aylıq normanın 49%-i), Lerikdə 11 mm, Cəfərxanda 11 mm (aylıq normanın 121%-i), Beyləqanda 10 mm (aylıq normanın 77%-i), Şərurda 9 mm (aylıq normanın 145%-i), Qubada 8 mm (aylıq normanın 24%-i), Tovuzda 7.0 mm (aylıq normanın 29%-i), Zərdabda 7 mm (aylıq normanın 47%-i), Qusarda 7 mm, İmişlidə 7 mm (aylıq normanın 80%-i), Kürdəmirdə 6 mm(aylıq normanın 40%-i), Şabranda 3 mm, Neftçalada 2.0 mm (aylıq normanın 32%-i), Ordubadda 2 mm (aylıq normanın 32%-i), Sədərəkdə (aylıq normanın 32%-i), Ağdərə (Ordubad), Salyanda 2 mm, Şahbuz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 mm  (aylıq normanın 164%-i), Maştağada 7 mm, Sumqayıtda 4 mm (aylıq normanın 52%-i) olub. Yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd,  Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib. 

Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Salyanda 25 m/s, Naftalanda 20 m/s, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18 m/s, Mingəçevir, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Maştağa, Qum adasında 25 m/s, Binə, Pirallahıda 23 m/s, Neft Daşlarında 22 m/s, Sumqayıtda 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.6 metrə çatıb.

Havanının temperaturu Bakıda iqlim normasından 1.7 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında  25-28° isti, aran rayonlarında 28-33° isti,  dağlıq rayonlarda 13-16° isti, Naxçıvan MR-da 29-33° isti olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR