Dərc edildi: Baxış sayı: 379
“Şahdağ” Mədəniyyət Nazirliyinin tabeliyinə verildi — Baş nazirdən yeni qərar
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət