Slimfit
  1. İQTİSADİYYAT

Şahbuzlu taxılçılar 100 hektardan çox sahədə şum qaldırıblar

Şahbuzlu taxılçılar 100 hektardan çox sahədə şum qaldırıblar
Sakura

Şahbuzlu taxılçılar 100 hektardan çox sahədə şum qaldırıblar

Muxtar respublikanın dağlıq ərazilərində yerləşən Şahbuz rayonunda torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün sahələrdə şum işinə başlayıblar. Hazırda Şahbuz şəhəri, Türkeş, Mahmudoba, Şahbuzkənd, Sələsüz və Daylaqlı kəndlərinin taxılçıları 100 hektardan çox sahədə şum qaldırıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayon dağlıq ərazidə yerləşdiyindən burada muxtar respublikamızın digər bölgələrindən fərqli olaraq payızlıq taxıl əkini daha tez həyata keçirilir. Mütəxəssislər burada sentyabr ayının 15-dən başlayaraq payızlıq taxıl səpini aparmağı məsləhət görürlər.

Yaxşı məhsul götürmək üçün əsas amillərin rayonlaşdırılmış taxıl sortlarından istifadə edilməsi, mineral və üzvi gübrələrin vaxtında və normada verilməsi olduğunu nəzərə alan torpaq mülkiyyətçiləri bu məsələləri də diqqətdə saxlayırlar.

Qeyd edək ki, şahbuzlu taxılçılar cari ilin məhsulu üçün ötən ilin payızında əkdikləri 1615 hektar sahədən 4 min 432 ton məhsul götürüblər. Həm əkilən sahələrdə, həm də məhsul istehsalında ötənilki göstəricilərlə müqayisədə bu il xeyli artım müşahidə olunub. İldən-ilə daha bol məhsul əldə edən torpaq mülkiyyətçiləri bir neçə ildir ki, rayon ərazisindəki dəmyə torpaq sahələrində də əkinə başlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR