Slimfit
  1. AZƏRBAYCAN

Şahbuz rayonunda soyuducu anbarın fəaliyyəti bərpa edilib

Şahbuz rayonunda soyuducu anbarın fəaliyyəti bərpa edilib
Sakura

Şahbuz rayonunda soyuducu anbarın fəaliyyəti bərpa edilib

Bu yaxınlarda Şahbuz rayonundakı meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulan soyuducu anbarın fəaliyyəti bərpa olunaraq, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cəmiyyət tərəfindən muxtar respublikanın rayonlarından, ümumilikdə, 100 ton kartof tədarük edilərək soyuducu anbara gətirilib. Şahbuz rayonunda bu il 435 hektara yaxın sahədə kartof əkini həyata keçirilib. Məhsulun bir hissəsi tədarük olunaraq sahələrdən toplanıb.

Hazırda torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları münasib qiymətə həmin soyuducu anbara təhvil verirlər. Bu da bir zamanlar soyuducu anbarların olmaması səbəbindən tonlarla məhsulu zay olan zəhmət adamlarının sevincinə səbəb olub. Torpaq mülkiyyətçiləri bu qayğını yüksək qiymətləndirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR