Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Zərreyi-mehrində daim, ey cəmali-afitab

Şah İsmayıl Xətai - Zərreyi-mehrində daim, ey cəmali-afitab
Sakura

Şah İsmayıl Xətai - Zərreyi-mehrində daim, ey cəmali-afitab

Zǝrreyi-mehrindǝ daim, ey cǝmali-afitab, 
Əbr yüzündǝn götürgil dutmagil mǝndǝn hicab. 

Dur dedim yarin köyündǝn, ey rǝqibi-rusiyah, 
Xǝstǝ bülbül var ikǝn neylǝr gülüstanda ğürab? 

Ey gözü nǝrgiz, yüzü gültǝk, boyu sǝrvi-rǝvan, 
Ta ki, sǝndǝn ayrı düşdüm, xǝstǝyǝm halım xǝrab. 

Cǝnnǝti-vǝslindǝn ey, canım mǝni dur eylǝmǝ, 
Mǝn fǝraqın atǝşindǝn çǝkmişǝm dǝrdü ǝzab. 

Bu Xǝtai hǝqqinǝ dayim dutubdur çox ümid. 
Aqibǝt rǝhm eylǝ anǝ saǝti-yovmülhesab. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR