Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör

Şah İsmayıl Xətai - Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör
Sakura

Şah İsmayıl Xətai - Yandım eşqindən əya, gül yüzlü dildar, üştə gör

andım eşqindǝn ǝya, gül yüzlü dildar, üştǝ gör,
Sǝnsizin alǝmdǝ gǝzmǝk oldu dişvar, üştǝ gör.

Sinǝmin suzindǝn ey dilbǝr, yanır ǝrşilǝ fǝrş,
Ağlaram bülbül kimi bivǝsl-gülzar, üştǝ gör.

Lalǝtǝk bǝnzim saralmışdır fǝraqindǝn sǝnin.
Olmuşam dilxǝstǝvü mǝcruhü bimar, üştǝ gör.

Əhdü peymanını mǝndǝn ey pǝri, sındırma gǝl,
Kim, mǝnǝ zülm eylǝmişdir, cövri-ǝğyar, üştǝ gör.

Bu Xǝtai şol büti-tǝrsa cǝmalın görgǝcin,
Rahibi-deyr olduvü bağladı zünnar, üştǝ gör.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR