Dərc edildi: Baxış sayı: 817
Şah İsmayıl Xətai - Yanağın ey pəri can məzilidir
Yanağın ey pǝri can mǝnzilidir,
Bu bülbülnün gülüstan mǝnzilidir.
Ayağın basdığı yer, ey dilaram,
Bu mur üçün Süleyman mǝnzilidir.
Saçının zülmǝtindǝ tǝşnǝ Xızrǝm,
Dodağın abi-heyvan mǝnzilidir.
Bitibdir qamǝtin çeşmim üzündǝ,
Nǝ xoş sǝrvi-xuraman mǝnzilidir.
Götürmǝ ağ yüzündǝn qarǝ zülfün,
Ki, ǝqrǝb mahi-taban mǝnzilidir.
Mürad üçün gǝlibdir dil qapına,
İnayǝt qıl ki, ehsan mǝnzilidir.
Xǝtai könlünǝ yar mehri düşdü,
İmarǝt qıl ki, sultan mǝnzilidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət