Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ya ilahi istərəm səndən bu ənami mana

Şah İsmayıl Xətai - Ya ilahi istərəm səndən bu ənami mana
Sakura

Şah İsmayıl Xətai - Ya ilahi istərəm səndən bu ənami mana

Ya ilahi, istǝrǝm sǝndǝn bu ǝnami mana, 
Edǝsǝn hǝmdǝm kim, ol sǝrvi-gülǝndamı mana. 

Şol büti-namehriban hǝrgiz mǝni yad etmǝdi, 
Bir mǝhǝbbǝt qılmadı axır sǝrǝncamı mana. 

Cövri-hicran çǝkdiyimdǝn qalmayıbdır taqǝtim. 
Ya nǝsib etsin nolaydı sǝbrü aramı mana. 

Könlüm aldın bitǝkǝllüf, canımı almaqdurur, 
Güldürür eşqindǝ dayim hasilin ami mana. 

Keçdi ömrün ey Xǝtai, uş bu zaye dünyada, 
Şol vǝfasız dilbǝridǝn vermǝdi kami mana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR