Dərc edildi: Baxış sayı: 768
Şah İsmayıl Xətai - Xaroldu yürəğim hicrində, ey gül yüzlü yar
Xar oldu yürǝgim hicrindǝ, ey gül yüzlü yar,
Yar bağrım arasın, gör kim neçǝ xar onda var.
Varma yanımdan mǝnim, ey hicr-dilsuzani dust!
Dustü düşmǝn xamusu ağlar mǝnimçün zar-zar.
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can,
Candan etmişdir mǝni cövr ilǝ dövri-ruzigar!
Ruzigarım tirǝdir sǝnsiz, ǝya arami-dil,
Dil neçün aram tutsun hǝddǝn ötdü intizar
İntizarǝm, vǝdeyi-vǝslin yolunda hǝr zaman,
Hǝr zaman divanǝ tǝk dağlara düşdüm biqǝrar.
Biqǝrar oldum saçıntǝk rüxlǝrindǝn ayrı mǝn,
Mǝn neçün aram edim sǝnsiz ki, oldum dilfikar.
Dilfikar oldu Xǝtai firqǝtindǝn ruzü şǝb,
Ruzü şǝb vǝslin xǝyali canda qaldı yadigar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət