Dərc edildi: Baxış sayı: 645
Şah İsmayıl Xətai - Xandadır ol bimisalın ibtidası, xandədir?
Xandadir ol bimisalın ibtidası, xandǝdir?
Kim bilir, ol künt-kǝnzin intǝhası xandǝdir!
Gǝl bǝyan etgil süfati-zatini şǝrh eylǝ kim,
Mǝn sual etdim ona, eyni-liqası xandǝdir?
Kǝndü lütfindǝn yaratdı alǝmin mövcudini,
Cümlǝnin mǝqsudi şahdır, istivasi xandǝdir?
Ərşü kürsi cǝnnǝtü hǝm narü tubavü şǝcǝr,
Əbrü badu maü tin, ǝsli-şǝrasi xandǝdir?
Hǝr kişi kim, zikri-xǝtlǝn könlünü etmǝz cila,
Ol nǝ bilsin bibǝsǝr eşqin sǝfası xandǝdir.
Xatǝmi-tohidi hǝr kim könlünǝ mehr etmǝdi,
Ol şǝhadǝt şǝrhinin bilmǝz ǝsası xandǝdir.
Sǝn niyaz et ey Xǝtai, kimsǝ bilmǝz çün sǝni,
Mǝntiqin inşasının hǝmdü sǝnası xandǝdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət