Dərc edildi: Baxış sayı: 689
Şah İsmayıl Xətai - Vücudim şəhrin seyr edib gəzərim
Vücudim şəhrin seyr edib gəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.
Həmən bir nəsnədə qaldı nəzərim,
Didar ilə məhəbbətə eşq оlsun.
Eşqin cuş eylədi, keçdi sərimdən,
Artıb gəlir məhəbbətin nurindən,
Niyazımız budur cani-kərimdən:
Didar ilə məhəbbətə eşq оlsun.
Qüdrət qəndilindən atdı danəyi,
Endi lövhi üzrə tutdu binayi,
Cünbüşə gətirən çərxi-fənayi
Didar ilə məhəbbətə eşq оlsun.
Fil yükün yüklətmə, qarınca çəkməz,
Dürlü reyhan çоxdur, gül kimi qоxmaz,
Dünya malın versən, bizə gərəkməz,
Didar ilə məhəbbətə eşq оlsun.
Yucalarda оlur оl hüma quşu,
Dоstum, məhəbbətdir aşiqə işi,
Pirim Xətayidir cümlənin başi,
Didar ilə məhəbbətə eşq оlsun.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət