Dərc edildi: Baxış sayı: 677
Şah İsmayıl Xətai - Təala şanəhü əkbər, bu nə hüsni-dilaradır
Tǝala şanǝhü ǝkbǝr, bu nǝ hüsni-dilaradır,
Cǝmalın huridǝn yeyrǝk, boyun tubadan ǝladır!
Gözüm yüzün görǝr hǝrdǝm, zǝhi nazir, zǝhi mǝnzur,
Könül zülfin ilǝr hǝrdǝm, ǝcǝb aşüftǝ sevdadır.
Xocǝstǝ qamǝtin gördüm sǝnin, ey sǝrvǝri-xuban,
Bǝladǝn dil xilas olmaz, ǝcǝb hümmǝtlü baladır.
Əgǝr cövri-cǝfa qılsan, ǝgǝr mehrü vǝfa qılsan,
Yolundan dönmǝyim yoxdur ki, hǝq binavü danadır.
Xǝtai xǝstǝnin vergil, müradın hǝsbǝtǝn lillah,
Ki, xaki-asitanında işi daim tǝmǝnnadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət