Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva

Şah İsmayıl Xətai - Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva
Sakura

Şah İsmayıl Xətai - Taki rüxsarindən ərrəhman ələl-ərş-istiva

 Taki rüxsarindǝn ǝrrǝhman ǝlǝl-ǝrş-istiva, 
Hǝm anın şǝnindǝ münzǝl ayǝti-şǝmsül-züha. 

Sureyi-Tahavü Yasinü tǝbarǝk hüsnünǝ, 
Gör nǝ tǝzim eylǝmişdir hǝq taala rǝbbǝna. 

Münfǝildir, tǝlǝtindǝn dǝr fǝlǝk, xurşidü mah, 
Şol cǝhǝtdǝn kim, yüzün-nurindǝn almışdır ziya. 

Valehü sǝrkǝştǝdir alǝmdǝ ǝhli-mǝrifǝt, 
Vǝchinǝ ey gövhǝri-pakizǝyi-ǝrzü sǝma. 

Bu Xǝtaidǝn inayǝt kǝsmǝ, ey şahi-kǝrǝm, 
Canǝ yetmişdir cǝfadǝn lütf edib qılgil vǝfa.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR