Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ta səri-kuyində bu könlüm müqim olmuş durur

Şah İsmayıl Xətai - Ta səri-kuyində bu könlüm müqim olmuş durur
Sakura

Şah İsmayıl Xətai - Ta səri-kuyində bu könlüm müqim olmuş durur

Ta sǝri-kuyindǝ bu könlüm müqim olmuş durur,
Dil mǝqami baği-cǝnnati-nǝim olmuş durur.

Dǝftǝri-hüsnindǝ şol hǝrfi-xǝti-xalın sǝnin,
Sǝtri "Bismillah ǝrrǝhmanirrǝhim" olmuş durur.

Sidqimiz ol vǝchdir kim, hǝqq olur anda zühur,
Kim tǝriqǝtdǝ "sirati-müstǝqim" olmuş durur.

Şǝriniz yolunda biz qılsaq xǝta sǝn qıl kǝrǝm.
Min bir adında sǝnin biri kǝrim olmuş durur.

Ey Xǝtai, çǝkmǝ ğǝm, gǝr hicrilǝ bimarsǝn,
Çün sǝnǝ ol xaliqin fǝzli-hǝkim olmuş durur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR