Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ta ki, dərdindən olubdur yürəğim sədparələr

Şah İsmayıl Xətai - Ta ki, dərdindən olubdur yürəğim sədparələr
Sakura

Şah İsmayıl Xətai - Ta ki, dərdindən olubdur yürəğim sədparələr

Ta ki, dǝrdindǝn olubdur yürǝgim sǝdparǝlǝr, 
Tiği-eşqin yürǝyimin sǝd hǝzaran parǝlǝr, 

Ay yüzündǝn ayru gördüm dideyi-bixabimi, 
Göy yüzündǝ uymaz oldu hǝr gecǝ sǝyyarǝlǝr. 

Zahida, sǝn fariğ ol, ahimdǝn ikrah eylǝmǝ, 
Kim, mǝnim bağrımda çoxdur qǝmzǝlǝrdǝn yarǝlǝr. 

Yaralı bağrım qanın tökdü gözümdǝn dǝmbǝdǝm, 
Gör, nǝlǝr qıldı mǝnǝ, şol nǝrkisi-xunxarǝlǝr! 

Çıxmasa miskin Xǝtai könlü zülfindǝn nola, 
İşi seyr olur onun hǝr xanda var sǝyyarǝlǝr. 

Hǝsrǝtin dǝrdindǝn, ey can, bağrım oldu parǝlǝr, 
Suzi-eşqin yürǝgimni hǝrdǝm eylǝr yarǝlǝr. 

Yandırub hicran odu könlümni verdi badǝ gǝr, 
Dutdu ǝflaki-cahani, geydi gög dǝ qarǝlǝr! 

Düşdü hüsnin bǝndinǝ canilǝ dil, bu gözlǝrim, 
Çarǝ yox, naçar olubdur, neylǝsin biçarǝlǝr. 

Tǝrk edib, qoydum, gedǝrǝm, xanimani, mülki uş, 
Hicrin etdi mǝn qǝribi, üştǝ gör, avarǝlǝr. 

Öldü dǝrdindǝn Xǝtai, bir qǝdǝm rǝncidǝ qıl, 
Qǝbrinǝ basgil, eşitgil sǝd-hǝzaran nalǝlǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR