Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz

Şah İsmayıl Xətai - Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz
Sakura

Şah İsmayıl Xətai - Ta düşübmən eşqinə, hicrində mən zarəm hənuz

Ta düşübmǝn eşqinǝ, hicrindǝ mǝn zarǝm hǝnuz,
Dami-zülfin bǝndinǝ mürği-giriftarǝm Hǝnuz.

Ta ki, mǝn bülbül tǝki gülzari-hüsnin görmüşǝm,
Ta ǝbǝd tǝrk eylǝmǝn dǝreşqi-gülzarǝm Hǝnuz.

Şǝmi-rüxsarini ta kim, görmişǝm, ey mǝhliqa.
Gögdǝ yıldızlar kimi hǝr gecǝ bidarǝm hǝnuz.

Ta yüzin gördim sǝnin, mǝn ey tǝbibi-dǝrdi-eşq,
Sanma kim, buldum şǝfa dǝrdilǝ bilmarǝm hǝnuz.

Bu Xǝtai yar ilǝn qalu bǝlidǝn qıldı ǝhd,
Hǝq bilür kim, bǝrsǝri-an ǝhdü iqrarǝm hǝnuz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR