Dərc edildi: Baxış sayı: 605
Şah İsmayıl Xətai - Sənsizin könlüm şəha, bir külbeyi-viranədir
Sǝnsizin könlüm şǝha, bir külbeyi-viranǝdir,
Kimsǝyǝ ǝrz etmǝzǝm kim, bir yıxılmış xanǝdir.
Canǝ-can etdim yǝqin, eylǝ ǝzǝldǝn hǝq bilür,
Canımın, canı mǝnim, şol dilbǝri-cananǝdir.
Getdi ömrüm hiç dinlǝnmǝn vüsalindǝn anın,
Şol mǝhi-namehribanın meyli çün hicranǝdir.
Hǝr gecǝ ta sübh hüsnün şǝminǝ pǝrvanǝ tǝk,
Cümlǝ alǝmlǝr fǝğanimdǝn tutuşub yanǝdir.
Ey Xǝtai, sǝn yǝqin bil kim bu fani dünyada,
Bivǝfalǝrdǝn mǝhǝbbǝt istǝyǝn divanǝdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət