Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir

Şah İsmayıl Xətai - Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir
Sakura

Şah İsmayıl Xətai - Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir

Şǝha, ol zülfi-müşkinin nǝ ziba çinn-pürçindir
Ki, hǝr bir tari ol zülfin bǝhayi-Çinü Maçindir.

Xǝtindir ayǝti-rǝhman ki, hǝqdǝn münzǝl olmuşdur,
Ona derlǝr kim, ol sünbül sǝvadi-nafeyi-çindir.

Tükǝndi Yusif ǝyyami, sǝnin dövrani-hüsnündǝn,
Xǝbǝr ver xublar içindǝ, yalandır bu xǝbǝr çindir?

Şikari aşikar eylǝr, gözün bu bazi-şǝhbazi,
Könüllǝr seydinǝ yarın gözü şahanǝ laçındır.

Güli-sirab hüsnindǝ nǝ nisbǝt ol siyǝh xalın,
Bu rǝna bǝqqeyi-hindu gülüstan içrǝ gülçindir,

Xǝtai ta onu gördü, özündǝn ǝl yudu gülli,
Onun çǝngali-çǝngindǝn şikar olmuş göyǝrçindir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR