Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Rüxlərin müshəf, nigara, qaşların mehrablər

Şah İsmayıl Xətai - Rüxlərin müshəf, nigara, qaşların mehrablər
Sakura

Şah İsmayıl Xətai - Rüxlərin müshəf, nigara, qaşların mehrablər

Rüxlǝrin müshǝf, nigara, qaşların mehrablǝr, 
Baxdım, ol yüzdǝn mana fǝth oldu yüz min bablǝr. 

Zǝrrǝ ikǝn gün tǝki alǝmdǝ mǝşhur olmuşam, 
Ta mǝnǝ düşdi sǝnin mehri-rüxindǝn tablǝr. 

Gǝr sǝnün yüzün degül aşiqlǝr üçün qiblǝgah, 
Bǝs nǝdǝn oldu hilali qaşların mehrablǝr? 

Ta sǝnin zülfi-rüxünyi görmişǝm hǝr sübhü şam, 
Gecǝ-gündüz giryǝdǝn gǝlmǝz gözümǝ xablǝr. 

Çini-zülfin bǝndinǝ düşdü Xǝtai xǝstǝ dil, 
Şǝrbǝti-lǝlindir anǝ qǝnd ilǝ innablǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR