Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Roşən yüzün ki, zülfin olubdur noqab ona

Şah İsmayıl Xətai - Roşən yüzün ki, zülfin olubdur noqab ona
Sakura

Şah İsmayıl Xətai - Roşən yüzün ki, zülfin olubdur noqab ona

Roşǝn yüzün ki, zülfin olubdur niqab ona, 
Nisbǝtdir ǝbr içindǝ mǝhü afitab ona. 

Eşqin sǝnin ki, mǝxzǝni-gǝnci-ilahidir, 
Andan durur ki, mǝskǝn olubdur xǝrab ona. 

Eşqin nǝdir cahanda sǝnin, ey pǝrisifǝt, 
Heyran durur fǝlǝkdǝ gǝzǝn mahtab ona. 

Uyğudǝ gözlǝrim necǝ görsün cǝmalını, 
Eşqindǝ çünki gǝlmǝdi bir zǝrrǝ xab ona. 

Aşiqdurur yanağına zülfin Xǝtai tǝk, 
Andan düşǝr bu vǝchilǝ bu piçü tab ona. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR