Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Qamətindən münfəildir sayeyi-sərvi bülənd

Şah İsmayıl Xətai - Qamətindən münfəildir sayeyi-sərvi bülənd
Sakura

Şah İsmayıl Xətai - Qamətindən münfəildir sayeyi-sərvi bülənd

Qamǝtindǝn münfǝildir sayeyi-sǝrvi bülǝnd, 
Hǝsrǝtindǝn ǝr-ǝri-şümşad olubdur dǝrdmǝnd. 

Arizin bağında zülfin tarinǝ bǝnd eylǝ, gǝl, 
İstǝr isǝn naleyi-bülbüldǝn olmaq bǝhrǝmǝnd. 

Sǝrbǝsǝr bir tareyi-muyin bǝhasidir sǝnin, 
Mülki-Tǝbrizü Ciğatayü Xorasanü Xocǝnd. 

Ta ki, gǝldi ey sǝnǝm eşqin xǝyalı başıma, 
Dünyǝvü üqba qǝmindǝn keçdimü oldum lǝvǝnd. 

Canımı eşqinǝ tǝslim eylǝdim ixlasilǝ, 
Ol pǝri-peykǝr mǝni, yarǝb nǝdǝn qılmaz pǝsǝnd? 

Dǝr biyabani-tǝhǝyyür qalmışam bixurdu xab, 
Valehü sǝrkǝştǝvü heyranu zaru müstǝmǝnd. 

Bu Xǝtai lǝblǝrin eşqindǝ gǝr ah eylǝyǝ, 
Ahinin suzindǝn olur xak ol kuhi-Sǝhǝnd. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR