Dərc edildi: Baxış sayı: 660
Şah İsmayıl Xətai - Pərtövi-hüsnündən ey dlbər, cahan pürnur
Pǝrtövi-hüsnündǝn ey dilbǝr, cahan pürnur olur,
Binǝvadır ki, vüsalından hǝbibin dur olur.
Ey pǝriru sǝn mana hǝrgiz nǝzǝr qılsan benaz,
Müddǝi bu qüssǝdǝn eynülyǝqin rǝncur olur.
Zahidin cövründǝ gǝr viran olursa mülki-dil,
Ğǝm deyil, cana, çü vǝslindǝn yenǝ mǝmur olur.
Hüsni dövründǝ baxın, heç iltifat etmǝz mǝnǝ,
Kim, görübdür mövsimi-gül bağiban mǝqdur olur.
Tǝşnǝdildir bu Xǝtai, can veribdir lǝlinǝ,
Necǝ kim lǝlin ǝsǝldir, dil ona zǝnbur olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət