Dərc edildi: Baxış sayı: 725
Şah İsmayıl Xətai - Övliyadan hasil etdik eşq ilə sevdayi biz
Övliyadan hasil etdik eşq ilǝ sevdayi biz;
Zahidǝ verdik onunçün zöhdilǝ tǝqvayi biz.
Dedilǝr ki, yeddi tamu zülmǝtin hicranidir,
Olmadan ondan cahanda çǝkdik ol ğovğayi biz.
Dedilǝr ki, sǝkkiz uçmaq, sirr olubdur zahidǝ,
Pǝrdǝsiz nur onda gördük cǝnnǝtül-mǝvayi biz.
Cǝnnǝt ilyindǝn içǝri bir ǝcayib mülk var,
Bihicab ol ildǝ gördük, pirim ol hǝmtayi biz.
Canü canan bilmişidik, küfrü dini biǝdǝb,
Qǝreyi-ümmanǝ daldıq, keçdik ol dǝryayi biz.
Neçǝlǝr talib olubdur bu hüma kölgǝsinǝ,
Çin elindǝn seyr edǝrkǝn bulduq ol hümayi biz,
Ey Xǝtai, dedi Tuba pirimin yek boyuna,
Heydǝrin yüzündǝ gördük ol gülü rǝnayi biz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət