Dərc edildi: Baxış sayı: 733
Şah İsmayıl Xətai - Ol sənəm kim gecə-gündüz can onun heyranıdır
Ol sǝnǝm kim gecǝ-gündüz can onun heyranıdır,
Əqlü fǝhm ondan bǝrü eşq ilǝ sǝrgǝrdanıdır.
Dilbǝrim, yarım, ǝzizim, qǝmküsarım, munisim,
Can şikarım, suvlu yarım, canımın cananıdır.
Dün sǝba gǝldi mǝna xoş-xoş müǝnbǝr buy ilǝ,
Ğaliya, ol mǝhliqanın zülfi-müşkǝfşanıdır.
Ey könül, hicran ğǝmindǝn çox şikayǝt qılma kim,
Aşiqǝ cövri, cǝfası lütf ilǝ ehsanıdır.
Bu Xǝtai şerinǝ eyb etmǝ, ey nakǝs hǝsud,
Cümlǝ üşşaq ǝhlinǝ hǝmdǝm, onun divanıdır!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət